Ağsuda reyd zamanı 15 sürücü cərimələnib


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin tədbirlər planına uyğun olaraq COVID-19 virusunun yayılma təhlukəsi ilə ələqədar tətbiq olunan karantin rejimi qaydalarını pozan avtonəqliyyat vasitələrinin sürüclərinə qarşı aprelin 13-də Ağsu rayonunda növbəti reyd keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reyd zamanı 30-a yaxın avtonəqliyyat vasitəsi saxlanılıb, onlardan 15-nin sürücüsi karantin rejimi qaydalarını pozduqları üçün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnib. Ağsu rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları, habelə taksi, eləcə də iritutumlu avtobus sürücüləri ilə profilaktik söhbətlər aparıb, tibbi maskadan istifadə etməyən sərnişinlərə və sürücülərə xəbərdarlıq olunub.