Ərdoğan Türkiyə hökumətində yerdəyişdirmələr edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üç yeni nazir təyin edərək hökumətdə bir sıra nazirləri əvəzləyib.

“Muğan TV-İ” xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamları “Resmi Gazete”də dərc olunub.

Sərəncama əsasən, ticarət naziri Ruhsar Pekcan vəzifədən azad olunub. Mehmet Muş yeni ticarət naziri təyin edilib, ailə və sosial xidmətlər naziri vəzifəsinə Dərya Yanık təyin olunub.

Bundan başqa, yeni Əmək və Sosial Xidmətlər Nazirliyi yaradılıb. Vədat Bilgin Türkiyəni əmək və sosial təhlükəsizlik naziri təyin edilib.