Əlillik dərəcəsinin ləğvi ilə bağlı Baş Prokurorluğa 266 müraciət olub


Əlillik dərəcəsinin ləğvi ilə bağlı Baş Prokurorluğa 266 müraciət edilib.

Muğan TV Trend-ə istinadən bildirir ki, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Cavid Əbdülqədirov deyib.

O qeyd edib ki, indiyə qədər 7000-dən artıq şəxsin əlilliyi ləğv edilib, 266 əlillik dərəcəsinin ləğvi ilə bağlı artıq Baş Prokurorluğa müraciət olunub: "Əlilliyi ləğv olunan 7000-dən artıq şəxsdən cəmi 300-dən artığı məhkəməyə müraciət edib".