Şuşaya II avtomobil yolunun inşası hansı tarixdə bitəcək?




Şuşa şəhərinə çəkilən 2-ci avtomobil yolu I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci kilometrdən başlayır, uzunluğu 81,6 kilometr, 4-6 hərəkət zolaqlı olacaq.


Muğan TV xəbər verir ki, bu fikirləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov avqustun 6-da keçirilən 2021-ci ilin altı ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə açıqlayıb.


O bildirib ki, yol üzərində körpü və tunellərin tikilməsi nəticəsində yüksək sürət təmin ediləcək. Bu yol Zəfər yolu ilə müqayisədə 20,3 kilometr qısa olacaq. Avtomobil yolunun inşası 2024-ci ildə tamamlanacaq.