Şirvanda Qanvermə aksiyası keçirilib

Ramazan bayramı ilə əlaqədar Qanvermə aksiyası keçirilib

Şirvan şəhərinin Mərkəzi Qan Bankında qanvermə aksiyası olub. Qanvermə aksiyası Ramazan bayramı ilə əlaqədar talassemiya və hemofiliya xəstələyindən əziyyət çəkən uşaqlara dəstək olmaq məqsədi ilə təşkil edilib. Aksiya Gənclər üçün təhsil mərkəzi, Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə keçirilib.

Vətəndaşlar isə bu təşəbbüsə dəstək verərək aksiyada iştirak ediblər.