Şirvanda nəqliyyat problemi yaşayan sakinlərin etirazı


“Şirvan şəhərinin bir hissəsini Bayramı qəsəbəsi ilə ayıran Kür çayıdır. Şirvan şəhərinə keçmək üçün qayıqdan istifadə edirik, həm də qayıqla geriyə qayıdırıq. İndi isə qayıqdan istifadə etmək istəyirik, amma pandemiya səbəbindən icazə verilmir”.


Bu sözləri Muğan TV-yə müsahibəsində Şirvan şəhər kənd sakini Vicay Cəfərov deyib. Şikayətçi bildirir ki, belə haqsızlıq olmaz.


Digər şikayətçi isə deyir ki, bu cür problemin olması həddindən artıq yersizdir. Bununla bağlı, İcra Hakimiyyətinin qəbuluna belə düşmüşəm. Şirvan şəhər sakinlərinin imkanı olmadığı üçün 20 qəpik gediş haqqı olan qayığa belə pul verə bilmirlər. Burada yaşayan sakinlər həm işsizlikdən, həm də bu cür vəziyyətdən problem yaşayırlar. Lakin aidiyyatı qurumlar yaranan vəziyyətə baxmırlar.


Şikayətçi Vicay Cəfərov deyir ki, Şirvan Şəhərinin Bayramlı qəsəbəsinə gəlmək üçün 15 km yol gəlməlisən. Şirvan şəhərinin digər tərəfi isə Bayramlı qəsəbəsidir. Qayıqdan istifadə etmək gündəlik ticari işlə məşğul olmağa problem yaradır.