"Şəhidin ən böyük arzusu kəşfiyyatçı olmaq idi" - Şəhidin Anası


Azərbaycanın ərazi bütövlüyü uğrunda canları bahasına qəhrəmanlıq dastanı yazan, son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalan qəhrəmalarımzdan biridə Hacıqabul rayon Şəhidi Ağamalıyev Şəhriyar Əvəz oğludur. Uşaqlıdan hərbiyə bağlı olan şəhid Şəhriyar Ağamalıyev Ali təhsilini aldıqdan sonra hərbidə işləməyi qərara alıb. Ailəsinin dediyinə görə, onun həyatda ən böyük arzusu hərbidə kəşfiyyatçı olmaq idi.


Şəhidi anası deyir ki, uşaqlıqdan hərbiyə meyilli idi. Hərbiçilər arasında hər zaman nümunəvi olub. O, anasına sonuncu dəfə Oktyabr 29-da zəng edib. Anasına son sözü isə "özündən muğayat ol"- deyə bildirmişdi. Oktyabrın 30-u isə Kəlbəcər rayon istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.


Şəhidin atası deyir ki, hərbidə kəşfiyyatçı işləyirdi. O deyir ki, şəhidlərimizin, qazilərimizin sayəsində Qarabağımızı aldıq.


Şəhidin bibisi deyir ki, uşaqlıqdan vətənə bağlı olub. Onun ən böyük arzusu kəşfiyyatçı olmaq idi. Müharibə vaxtı zəng edib vəziyyətimi soruşmuşdu. Son günlər tez-tez əlaqə saxlayırdı. Sanki şəhid olacağı ürəyinə danmışdı.


Şəhidin hazırda 2 övladı ondan yadigar qalıb. Şəhid Ağamalıyev Şəhriyar Əvəz oğlu Vətən müharibəsində göstərdiyi igidliyə görə, “2 Fevral Gənclər Günü” münasibətilə Fəxri Fərmanla təltif olunub.

Şəhriyar canından artıq sevdiyi Vətən uğrunda əbədiyyətə qovuşaraq hər kəsin yaddaşında əbədi iz qoydu.

Vətən, torpaq uğrunda canından keçən şəhidlər heç zaman unudulmur, onlar qəlbimizdə əbədi yaşayır.